6 May 2014 18:55
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bank filialından oğurluğa cəhd edən iki qardaş həbs edilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Allahverdi Tağıyevə məxsus mağazadan ərzaq məhsulları, Kibar Cəfərquliyevə məxsus aptekdən 450 manat oğurlanıb. Həmçinin “Beynəlxalq Bank”ın Gəncə filialının Gülüstan şöbəsindən oğurluğa cəhd olub.

Oğurluq cinayətlərini törədən Gəncə şəhər sakinləri Hüseyn Nəcəfov və qardaşı Samir tutulublar. Onların tutulması üçün əməliyyatı Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib.

Hacı Zeynalov


Müəllif: