19 Noyabr 2014 12:51
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Rayon sakinləri Abduləzim Salahovun idarə etdiyi “Mercedes” və Daşdəmir Qədirovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub. Daşdəmir Qədirov hadisə yerində ölüb, Abduləzim Salahov xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: