Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.
Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.
İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.