4 dekabr 2021-ci ildə Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a Şabran rayon Prokurorluğundan bildirilib.
İstintaq zamanı zərərçəkmişin qardaşı, 1992-cı il təvəllüdlü Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib, onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.