Cari ilin 9 ayında Azərbaycanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı isə 10,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, yanvar-sentyabr aylarında baş verən qəzalar nəticəsində 1993 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 845 nəfər həyatını itirib.
Doqquz ayda yol-hərəkəti qaydaları əleyhinə 1,7 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,3 faiz çox inzibati xəta qeydə alınıb. Qaydaları pozan sürücülər tərəfindən 45,5 milyon manat məbləğində cərimə ödənilib.