Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Belqradın “Tsrvenı Zvezdı” futbol klubunun azarkeşinin qətlində şübhəli bilinən İstanbulun “Qalatasaray” klubunun 5 fanatını saxlayıb.
Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları hadisə yerindəki müşahidə kameralarını araşdırıb və qətllə əlaqəli olan şəxsləri müəyyənləşdirərək həbs edib.
Xatırladaq ki, serbiyalı azarkeş Marko İvkoviç Avropa Liqasının 6-cı turunun matçını izləmək üçün İstanbula gəlib.
Stadiona buraxılmayan bir qrup serbiyalı azarkeş və “Qalatasaray” klubunun azarkeşləri arasında baş vermiş toqquşmada İvkoviç ölümcül bıçaq yarası alıb.