Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib Baxış zamanı Namiq Məmmədlinin gödəkçəsinin cibindən 1 ədəd “Nokia C2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Balaməmməd Məmmədli Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Balaməmməd Məmmədli Nərimanov rayonu ərazisində Azad Məmmədova məxsus mağazadan 1 ədəd noutbuk və 1 ədəd mobil telefon, Şamil Hümmətova məxsus kafedən isə 1 ədəd noutbuku oğurlayıb.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov