Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 3 avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Nuhan Gülümcanov müəyyən olunaraq tutulub.
Azyaşlı olmasına görə izahatı alınaraq sərbəst buraxılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov