28 Noyabr 2014 14:10
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağır Cinayətlər Məhkəməsində bıçaqlamaqda təqsirli bilinən İsamyıllı rayon sakini, 1993-cü il təvəllüdlü Məhrəmət Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin may ayın 30-da Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. M.Hadi küçəsində yerləşən “Yaşıl ada” kafesində İsmayıllı rayon sakini Mərhəmət Quliyev münaqişə zəminində Bakı şəhər sakinləri Tərlan Məmmədova, Binnət Əhmədova və Elnur Məmmədova bıçaqla xəsarət yetirib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mərhəmət Quliyev 4 il müddətinə azadlıqdan məhrumətmə cəzasına məhkum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər