30 Noyabr 2014 20:17
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmaz rayonunun Xudat şəhərində səhərə yaxın intihar hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Xudat şəhərinin birinci şöbə adlanan yeni salınmış yaşayış massivində baş verib. İntihar edən şəxs 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Şamil qızıdır. O, yaşadığı evin həyətində çörək bişirmək üçün ayrılmış yerdə özünü asaraq intihar edib.

Bu barədə onun ailə üzvləri səhər saat 9:00 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə xəbər veriblər.

Hadisə yerinə polis və Xaçmaz rayon Prokurorluq əməkdaşları gəlib. Mərhumun meyidi tibbi ekspertiza üçün morqa aparılıb. Faktı Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov təsdiqləyib.

Qeyd edək ki, mərhumun məktəbli övladları var. Onlar dindirilmə zamanı analarının heç bir problem olmadığını deyiblər.


Müəllif:

Oxşar xəbərlər