21 İyun 2022 16:31
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alverində ittiham olunan şəxslərin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən A.Fərruxova və Ş.Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov