Bakı polisi itkin düşən üç gənci taparaq ailəsinə təhvil verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 26-da itkin düşən Ağstafa rayon sakini, 1993-cü il təvəlüdlü Cəmilə Sultanova, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də itkin düşən 1982-ci il təvəllüdlü İxtiyar Hüseynov, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 25-də itkin düşən 1983-cü il təvəllüdlü Oleq Nekrasov tapılaraq ailələrinə təhvil veriliblər.
Hacı Zeynalov