1 Dekabr 2014 12:44
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində söyüş üstündə bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Lənkəran şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Lənkəran şəhəri ərazisindən şəhər sakini Eyvaz Paşayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Adil Ağayev tutulub.

Qeyd edək ki, hadisə noyabrın 28-də axşam saatlarında qeydə alınıb. 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan Eyvaz Paşayev dərhal əməliyyat edilib.

İstintaq araşdırması zamanı hadisə söyüş üstündə baş verib. Eyvaz Paşayev hadisədən əvvəl Adil Ağayevi söyüb. Onun söyüşlərindən əsəbləşən Adil Ağayev bıçağa əl atıb. O, Eyvaza çoxsaylı zərbələr vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər