Azərbaycanda bir gündə iki nəfər dəm qazından boğulub, iki nəfər isə zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar.
Bundan başqa, Xəzər rayonunun Buzovna qəsəbəsində Hədiməxatun Səfərova və onun bacısı Səma yaşadıqları evdə dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov