3 Dekabr 2014 13:19
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rübabə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rübabə Quliyeva 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Rübabə Quliyeva Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər