Bakıda anasını və bacısın qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin ibtidai istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.