16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a rayon prokurorluğundan bildirilib.
Qeyd edilib ki, avqustun 20-də Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.