8 May 2014 13:06
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir gündə üç nəfər bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisələrdən biri Abşeron rayonu Novxanı kəndində qeydə alınıb. Azyaşlı Mahir Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıqdan hovuza yıxılaraq ölüb.

Daha bir hadisə Ağcabədi rayonunda baş verib. Ruhi xəstə Hicran Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 7-də orada ölüb.

Daha bir hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon sakini Nahid Namazov dəm qazından zəhərlənərək ölüb.

Hacı Zeynalov


Müəllif: