Bərdə rayonunda atasını qətlə yetirməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rovan Əkbərlinin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə bu ilin mayın 29-da, saat 23 radələrində Bərdə rayonunun Mirzəcəfərli kəndində baş verib.
Kənan şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evə atası, 1970-ci il təvəlüldlü Buludu öv tüfəngindən açdığı atəş nəticəsində öldürüb.
Hadisə zamanı Kənan sərxoş olub. Kənanın əvvəllər məhkum olunduğu məlum olub.
İstintaq orqanı tərəfindən Kənan Fərzəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.