19 Sentyabr 2022 10:03
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda 14 yaşlı qız kimyəvi maddə içərək ölüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 18-də rayonun Qaraxıdır kəndində qeydə alıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Salikova Günəş Ramin qızı yaşadığı evin həyatyanı sahəsində yerləşən istixanada zərərverici həşaratların məhv edilməsi üçün pomidor şitillərinə vurulan "Fanta" butulkasında maye halında olan kimyəvi maddənin sərinləşdirici içki olmasını ehtimal edərək içməsi nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər