Bakının Nərimanov rayonunda oğurluq hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbinə Rəhimova həbs edilib.
O, dekabrın 9-da səhər saatlarında Ə.Əliyev küçəsində Səidə Musayevaya məxsus mənzildən, qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir. Səbinə Rəhimova ətrafında araşdırmalar aparılır.
Hacı Zeynalov