10 Noyabr 2022 14:55
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ rayon polis idarəsinin müvəqqəti saxlanılma yerinə gətirilib.

Teleqraf.com xəbər verir ki, onun Bakı Narkoloji Mərkəzində müayinədən keçirildiyi bildirilir.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

12:34

Qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.


Müəllif: Hacı Zeynalov, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər