Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 28-ə təyin olunub.
İttihama görə, hadisə bu ilin iyulunda Suraxanı rayonunda baş verib. 1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı qətlə yetirib.
Sahil Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.