Rusiyada cinayəti törətdikləri üçün axtarışda olan iki azərbaycanlı tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi Əmiraslanov və İltifat Əhmədov tutulublar.
Nəsimi Əmiraslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Nəsimi Əmiraslanov da Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışa verilib.
Hacı Zeynalov