15 Dekabr 2022 16:37
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunun Astaf kəndində atası tərəfindən ov tüfəngi ilə güllə yarası alan 36 yaşlı Elfaq Abbasov danışıb.

Teleqraf.com-un xəbərinə görə, Elfaq Abbasov deyib: "Atamla mübahisəm olmayıb. Astaf kəndi meşəlik ərazidir. Orada mal saxlayırıq. Səs gəldi, elə bildik çaqqal-canavardır. Atam ov tüfəngi ilə atəş açanda güllə təsadüfən mənə dəydi. Yəni bu, ehtiyatsızlıqdan baş verib. İçkili də olmamışam.”

Qeyd edək ki, Abbasovlar ailəsi əslən Gədəbəy rayonundandır. Onlar uzun müddətdir çobanlıqla məşğul olur.

Yaralı Elfaq Abbasovun müalicəsi Gəncə şəhər Birləşmiş Təcili Yardım Xsətəxanasının cərahiyyə şöbəsində aparılır.

Faktla bağlı hüquq mühafizə orqanə əməşdaşları tərəfindən araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər