Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməyə cəhddə ittiham olunan 1967-ci il təvəllüdlü Oqtay Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Oqtay Cəfərov bu ilin avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində qardaşı oğlunu öldürməyə cəhd edib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Niyazı Cəfərovu güllələyib.
Nəticədə baş nahiyəsindən xəsarət alan Niyazi Cəfərov xəstəxanaya yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oqtay Cəfərov tutulub.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Oqtay Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov