19 Dekabr 2014 14:38
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Bəşir Bəşirov və Rövşən Muradovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov “Ekspress servis” MMC-nin direktoru Rövşən Muradovla cinayət əlaqəsinə girib. Onlar Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan 2 000 manat məbləğində rüşvət istəyiblər. Hər iki şəxs “Ekspress servis” MMC-nin ofisində Bakı şəhər sakinindən rüşvət alarkən cinayət başında yaxalanıblar. Baxış zamanı Bəşir Bəşirovun üzərindən daha 2 500 manat məbləğində pul aşkar edilərək götürülüb.

Bəşir Bəşirov və Rövşən Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 29-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər