24 Dekabr 2014 17:10
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərviz Hüseynov 3 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Pərviz Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, onun barəsində olan cinayət işi baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər