24 Dekabr 2014 17:18
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yadigar Quliyev, onun oğlu Əbdüləli Quliyev və Azər Firidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər Firidov 5 il, Yadigar Quliyev 6 il, Əbdüləli Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər