1 Fevral 2023 13:36
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 9-na təyin olunub.

İttihama görə, “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, xəstəxananın şöbə müdiri Əlikömək Alıyev, həkimi Rəşad Əkbərov və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məhərrəmovu şantaj edib.

Onların barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb edib.

Göygöl rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Osman Rzayev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər