25 Dekabr 2014 15:56
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda dələduzluq faktının üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəyli tutulub.

O, may-avqust aylarında, Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat və Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alıb. O, zərərçəknələrin pullarını və əmlaklarını qaytarmayaraq dələduzluq əməlini törədib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər