Albaniya polisi gürcü qanuni oğru, 42 yaşlı “Lavasoğlu Batumski” ləqəbli Mindiya Qoradzeni həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.
O, Gürcüstanda və digər ölkələrdə cinayətkar qruplaşmanın rəhbəri kimi axtarışda idi.
Onun Gürcüstana ekstradisiya məsələsinin müzakirə edildiyi bildirilir.