30 Dekabr 2014 00:02
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Teleqraf.com Kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə axşam saat 22:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb. Təbriz küçəsi ilə hərəkətdə olan BMV markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib.

Nəticədə avtomobil əks istiqamətdə olan yola keçərək, yol kənarına park edilən dörd avtomobili əzib. Qəza nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi, Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Müəllif: