31 Dekabr 2014 03:27
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşlı Balakən rayon sakini dəm qazından zəhərlənib. Teleqraf.com-un məlumatına görə, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Elfanə Doldolova dekabr ayının 30-u axşam saat 20:30 radələrində zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 21 yaşlı Elfanə Doldolova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elfanə Doldolovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər