Abşeron rayonunda döyüş sursatları aşkarlanıb.
Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçiriblər.
Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:55-də başa çatıb.