4 Yanvar 2015 16:55
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda ehtiyatsızlıq səbəbəibndən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Teleqraf.com-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala yuvarlanıb.

Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib. Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri - 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. /APA/


Müəllif: