Şirvan şəhərində küçədən meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, meyit yanvarın 4-də Şirvan şəhərinin Nizami küçəsində aşkarlanıb. Üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb.
Şirvan şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı meyitin L.İbrahimov küçəsində yaşayan Səfa Quliyev olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov