6 Yanvar 2015 11:56
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edən gənc həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal Dadaşov tutulub.

O, yanvarın 4-də Tolstoy küçəsində yerləşən mağazalardan birində Bakı şəhər sakini Aysel Gəraybəyliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlamaqda şübhəli bilinir.

Hacı Zeynalov


Müəllif: