6 Yanvar 2015 13:55
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elçin Əliyev həbs edilib.

Ondan 13,5 qram marixuana götürülüb. Onun Gəncə şəhərində kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 200 qram marixuana aşkar edilib.

Hacı Zeynalov


Müəllif: