Qazaxda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.