Bakı şəhəri, Yasamal rayonundakı mənzildə 1954-cü il təvəllüdlü Heydərov Əli Hüseynağa oğlu bağlı qapı arxasında qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ə.Heydərovun cəsədi aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:06-da başa çatıb.