14 Yanvar 2015 11:51
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan sürücü müəyyən edilib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: