APA-nın məlumatına görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin “Köhnə şəhər” yaşayış massivində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xankişiyev Natiq Həsən oğlu idarə etdiyi VAZ 2106 markalı 18 BF 439 dövlət nömrə nişanlı avtomobillə sürətlə ötmə əməliyyatı zamanı Masalllı rayonu Musaküçə kənd sakini 1990-cı il təvəllüdlü Qasımov Elçın Yaqut oğlunun idarə etdiyi DAF markalı 99 EJ 756 dövlət nömrə nişanlı avtomobil-treylerin qoşqusunun arxa təkərinə çırpılıb.
Nəticədə VAZ 2106-nın sürücüsü yaralanaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobil isə tamamilə yarasız hala düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.