16 Yanvar 2015 11:46
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkilləri Elton Quliyev və Cavad Cavadov vəsatətlə çıxış ediblər. Lakin zərərçəkmişlər prosesdə iştirak etmədiyi üçün vəsatət müzakirə edilməyib və məhkəmənin hazırlıq iclası yanvarın 23-dək təxirə salınıb.

Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər