15 Noyabr 2023 20:17
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. İlk iclas oktyabrın 23-ə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər