21 Yanvar 2015 16:38
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Akademiyası tərəfindən Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda Qəbələ şəhərində geniş seminar keçirilib.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ali, apelyasiya və yerli məhkəmələrdən olan 50-dək hakimin iştirak etdiyi tədbirdə Ali Məhkəmənin təcrübəli hakimlərinin Avropa İnsan Hüquqları Konvensiyasının və həmin məhkəmənin presedentlərinin tətbiqi, mülkiyyət hüququnun qorunması mövzularında mühazirələri dinlənilib, Avropa Məhkəməsinin mühüm presedentləri təhlil edilib.

Geniş müzakirələr şəraitində keçirilən tədbirdə Avropa Məhkəməsi presedentlərinin tətbiqi ilə bağlı təcrübədən irəli gələn məsələlər üzrə səmərəli fikir mübadilələri aparılıb, qaldırılan suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzularda təlimlərin təşkilinin hakimlərin bilik və bacarıqlarının artırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər