Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən 31 yaşlı Mürsəl Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib və könüllü olaraq Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə gələrək təslim olub. O, anasına 102 bıçaq zərbəsi endirib.
Hakim Azər Orucov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov