5 Yanvar 12:42
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonundakı bir evdən pul və qızıl oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Səfərov müəyyən olunaraq saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər