Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.