Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.
Təqsirləndirilən şəxsə qarşı istintaqın sonunda Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib.
39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həşimova ilkin istintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürlmüşdü.